Romada anomal sayılan güclü qar yağıb

Romada anomal sayılan güclü qar yağıb Raytaxtda bütün məktəblər bağlanıb
Digər ölkələr
26 Fevral , 2018 11:30
Romada anomal sayılan güclü qar yağıb
repubblica.it

Bakı. 26 fevral. REPORT.AZ/ Romada ilin bu fəslinə görə anomal sayılan güclü qar yağıb.

Bu barədə "Report" "La Repubblica"ya istinadən xəbər verir.

Bu gün İtaliya paytaxtında bütün məktəblər bağlanıb.

"Fevralın 26-də Roma ərazisində bütün məktəblər və məktəbəqədər müəssisələrin bağlanmasını nəzərdə tutan qərar imzalanıb", - şəhər merinin bəyanatında deyilir.

Qeyd edək ki, soyuq hava kütləsi Sibirdən İtaliyanın şımalından cənubuna doğru hərəkət edir.

Romada havanın temperaturu 5 dərəcə şaxtayadək enib. 

Son xəbərlər

Orphus sistemi