Yuxarı

Riqada Avropa İttifaqı tərəfindən Ukraynaya 1,8 mlrd. avro məbləğində yardımın verilməsinə dair memorandum imzalanıb

Sənəd Şərq Tərəfdaşlığı sammiti çərçivəsində imzalanıb

Bakı. 22 may. REPORT.AZ/ Riqada Avropa İttifaqı tərəfindən Ukraynaya 1,8 mlrd. avro məbləğində makromaliyyə yardımının verilməsinə dair memorandum imzalanıb. "Report" xəbər verir ki, sənəd Riqada keçirilən IV Şərq Tərəfdaşlığı sammiti çərçivəsində imzalanıb.

Memorandum Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə imzalanıb. 

Mərasimdə büdcə məsələləri üzrə Avropa komissarı Valdis Dombrovskis, Ukrayna Milli Bankının rəhbəri Valeriya Qontareva və ölkənin maliyyə naziri Natalya Yaresko iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi