Rio-de-Janeyroda sürücü avtomobili insanların üzərinə sürüb, 15 nəfər yaralanıb - VİDEO

Digər ölkələr
  • 19 yanvar, 2018
  • 00:41
Rio-de-Janeyroda sürücü avtomobili insanların üzərinə sürüb, 15 nəfər yaralanıb - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərinin Kopakabana sahil ərazisində sürücü avtomobili piyadaların üzərinə sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

İlkin məlumata görə, sürücü saxlanılıb və epilepsiyadan əziyyət çəkdiyini bildirib.