Respublikaçılar Baydeni vitse-prezident olduğu vaxt məxfi sənədləri oğurlamaqda ittiham edir

Respublikaçılar Baydeni vitse-prezident olduğu vaxt məxfi sənədləri oğurlamaqda ittiham edir ABŞ Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.
Digər ölkələr
10 Yanvar , 2023 22:22
Respublikaçılar Baydeni vitse-prezident olduğu vaxt məxfi sənədləri oğurlamaqda ittiham edir
Cozef Bayden

ABŞ Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.

"Report" xəbər verir ki, partiyanın Corciya təmsilçisi Marjori Teylor Qrin tviterdə yazıb ki, dövlət başçısının bu hərəkəti çox ciddi cinayətdir.

Onun sözlərinə görə, ABŞ Ədliyyə Departamenti və Milli Arxivlər İdarəsi bu işlə ciddi məşğul olmalıdır.

Nümayəndələr Palatasının digər bir üzvü, deputat Ronni Cekson Baydeni ikili standartlarda ittiham edib.

"Bayden uzun illər idi ki, şəxsi kabinetində məxfi sənədlər saxladığını bilirdi", - Cekson tviterdə qeyd edib.

"CBS News"un məlumatına görə, Vaşinqtonda yerləşən Diplomatiya və Qlobal İştirak Mərkəzi hazırkı dövlət başçısının vitse-prezident vəzifəsində işlədiyi vaxta aid onlarla gizli sənəd tapıb. Materiallar Baydenin şəxsi vəkilləri tərəfindən 2022-ci ilin noyabrında aralıq seçkilərdən əvvəl aşkar edilib. Prezidentin xüsusi müşaviri Riçard Sauber bildirib ki, sənədlər Baydenin vəkilləri onun ofisini boşaldarkən tapılıb. Sənədlərin digər məxfi sənədlərin olduğu qovluqda saxlandığı bildirilir. Eyni zamanda, kanalın mənbələri məxfi sənədlərdə hansı məlumatların olduğunu dəqiqləşdirməyiblər.

"Fox News" xəbər verir ki, ABŞ Baş prokuroru Merrik Qarland İllinoys ştatının Şimal dairəsi üzrə prokuroru Con Loşu Baydenin ofisində məxfi sənədləri araşdırmaq üçün təyin edib.

Son xəbərlər

Orphus sistemi