Respublikaçılar ABŞ Senatında səs çoxluğu əldə edib

Respublikaçılar ABŞ Senatında səs çoxluğu əldə edib Partiya ABŞ Nümayəndələr Palatasında da səs çoxluğu qazanıb
Digər ölkələr
9 Noyabr , 2016 12:47
Respublikaçılar ABŞ Senatında səs çoxluğu əldə edib

Arizona. 9 noyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasının nümayəndələri ABŞ Senatında səs çoxluğu əldə ediblər.

"Report"un xüsusi müxbiri xəbər verir ki, ABŞ-da keçirilən seçkilərin nəticələrinə görə, Senatda respublikaçılar 51 yer, demokratlar isə 47 yer tutacaq. 

Bundan əlavə, respublikaçılar ABŞ Nümayəndələr Palatasında da səs çoxluğu qazanaraq 235 yer əldə ediblər. 

Qeyd edək ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın növbəti prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi