Yuxarı
    Bağlamaq

    ​Rəsmi Seul Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bildirib

    Şimali Koreya liderinin bəyanatı Seulda iki yerə parçalanmış Koreya yarımadasının birləşməsi ilə bağlı yenidən ümid yaradıb

    Bakı. 2 yanvar. REPORT.AZ/ Rəsmi Seul Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.

    "Report"un "Renhap" agentliyinə istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın baş naziri Çon Xon Von bildirib ki, hökumət iki Koreya arasında sammitin keçirilməsi üçün əlindən gələni edəcək.

    Birləşmə məsələləri üzrə nazir Lyu Kil Çje də sammitin keçirilməsinə hazır olduğunu bildirib.

    Qeyd edək ki, Yeni ildə xalqa müraciət edən Şimali Koreya lideri Kim Çen In rəsmi Seulla yüksək səviyyədə danışıqların aparılmasına hazır olduğunu bildirib. Bu bəyanat Cənubi Koreyada iki yerə parçalanmış Koreya yarımadasının birləşməsi ilə bağlı yenidən ümid yaradıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi