Avroparlamentin sədri: “Referendum İspaniya konstitusiyası və Avropa qanunlarına ziddir”

Avroparlamentin sədri: “Referendum İspaniya konstitusiyası və Avropa qanunlarına ziddir” Antonio Tayani: “Bu, Avropanın deyil, İspaniyanın daxili problemidir”
Digər ölkələr
29 Sentyabr , 2017 17:44
Avroparlamentin sədri: “Referendum İspaniya konstitusiyası və Avropa qanunlarına ziddir”
AFP 2017/ JOHN THYS

Bakı. 29 sentyabr. REPORT.AZ/ “İspaniyada keçiriləcək referendum ölkə konstitusiyası və Avropa qanunlarına ziddir”.

“Report” xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Antonio Tayani TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, məsələnin İspaniya hökuməti ilə Kataloniya hakimiyyəti arasında danışıqlar yolu ilə siyasi səviyyədə müzakirəsi ən yaxşı həll olar: "Bu danışıq bütövlükdə İspaniya üçün vacibdir. Bu, Avropanın deyil, İspaniyanın daxili problemidir”. 

Son xəbərlər

Orphus sistemi