Qvineya körfəzində 9 dənizçi quldurlar tərəfindən qaçırılıb

Qvineya körfəzində 9 dənizçi quldurlar tərəfindən qaçırılıb Afrikanın qərbindəki Qvineya körfəzində Norveçin J.J.Ugland gəmiçilik şirkətinə məxsus MV Bonita gəmisindən 9 dənizçi qaçırılıb.
Digər ölkələr
4 Noyabr , 2019 11:31
Qvineya körfəzində 9 dənizçi quldurlar tərəfindən qaçırılıb
EPA

Afrikanın qərbindəki Qvineya körfəzində Norveçin "J.J.Ugland" gəmiçilik şirkətinə məxsus "MV Bonita" gəmisindən 9 dənizçi qaçırılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, dəniz quldurları gəminin 8 ekipaj üzvünü kapitanını qaçıraraq naməlum istiqamətdə aparıblar.

Norveç şirkətinin yaydığı məlumata görə, digər ekipaj üzvləri tam təhlükəsiz vəziyyətdədir, faktla bağlı araşdırma aparılır.

Qeyd olunur ki, qaçırılanların hamısı Filippin vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi