Bakı. 4 oktyabr. REPORT.AZ/ Qvatemalanın Santa-Katarina-Pinula şəhərində ötən gün baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, sürüşmə zamanı 125 ev torpaq altında qalıb. 300-ə yaxın insan itkin hesab olunur.
Həlak olanların 17-si uşaqdır. Yüzlərlə insanın cəlb olunduğu xilasetmə əməliyyatı bu gün də davam edib.
.