Yuxarı
    Bağlamaq

    Qvatemalada baş vermiş yanğında ölənlərin sayı 21-ə, yaralıların sayı 39 nəfərə çatıb - YENİLƏNİB-2

    Hadisə zamanı daha 30 nəfər yaralanıb© Courtesy İmage — Courtesy İmage

    Bakı. 8 mart. REPORT.AZ/ Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 21 nəfərə çatıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə paytaxtındakı "Roosevelt" xəstəxanasının rəhbərliyi məlumat yayıb.

    Həkimlərin sözlərinə görə, yanıq xəsarətləri almış daha 2 yeniyetmə xəstəxanada dünyasını dəyişib. Tibb işçiləri bir sıra xəstələrin əməliyyat olunduqlarını, bəzilərinə isə süni nəfəs aparatı qoşulduğunu deyiblər. 

    Bununla yanaşı, yaralıların da sayı 39 nəfərə qədər artıb.  

    ***20:23

    Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 19 nəfərə çatıb.

    "Report"un məlumatına görə, hadisə nəticəsində daha 30 nəfər xəsarət alıb.

    Ölkənin yanğın mühafizəsinin rəsmisi Milviya Kastolyonun sözlərinə görə, hadisə nəticəsində bir neçə nəfər itkin düşüb. Bu səbəbdən də ölənlərin sayının artacağı istisna olunmur.

    Qeyd edək ki, hadisə San-Xose-Pinula şəhərindəki reabilitasiya mərkəzində baş verib. Qəzanın başverməsinin dəqiq səbəbi hələlik məlum deyil. 

    Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə yerində xilasedicilər və pols işləyir. 

    ***

    Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı 9 uşaq yanaraq ölüb. 

    "Report"un məlumatına görə bu barədə "Prensa Libre" portalı xəbər verib.

    Məlumata görə, hadisə ölkə paytaxtının yaxınlığında, ailə zorakılıqları ilə üzləşmiş uşaqların olduğu mərkəzdə baş verib. Yerli yanğınsöndürənlərin verdiyi xəbərə görə, hələlik 9 uşağın cəsədi aşkarlanıb. Hadisə zamanı həmçinin daha 20 uşaq və digər şəxslər yanıq xəsarətləri alıblar.

    Təsdiqlənməmiş digər məlumata görə, həlak olanların sayı 17, yaralıların sayı 30 nəfərdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi