Yuxarı

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycandakı keçmiş səfirini komitə sədri təyin edib

İdman üzrə dövlət komitəsi vəzifəsinə Toyli Komekov təyin edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasında Kakabəy Seyidovu başqa vəzifəyə təyinatla əlaqədar ölkənin idman üzrə dövlət komitəsinin sədri vəzifəsindən azad edib.

"Report" xəbər verir ki, bu barədə türkmən televiziyası bildirib.

Məlumata görə, idman üzrə dövlət komitəsinin sədri vəzifəsinə əvvəllər Türkmənistanın Azərbaycan respublikasında fövqəladə və səlahiyyətli səfiri postunu tutmuş Toyli Komekov təyin edilib.

Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov avqustda Rio-de-Janeyroda Olimpiya oyunlarında türkmən yığmasının müvəffəqiyyətsiz çıxışına görə Kakbəy Seyidova vəzifədən çıxarılma haqqında son xəbərdarlıqla töhmət elan edib.

Həmçinin dövlət başçısı hökumətə türkmən idmanında vəziyyəti təhlil etməyi tapşırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi