Quaydo bütün venesuelalıları 1 mayda genişmiqyaslı etiraz aksiyasına çağırıb

Quaydo bütün venesuelalıları 1 mayda genişmiqyaslı etiraz aksiyasına çağırıb Venesuela müxalifətinin lideri Xuan Quaydo bu gün keçirilən mitinq zamanı bütün sakinləri mayın 1-də küçələrə çıxmağa və ölkə tarixində ən geniş miqyaslı etiraz aksiyasında iştirak etməyə çağırıb.
Digər ölkələr
19 Aprel , 2019 23:28
Quaydo bütün venesuelalıları 1 mayda genişmiqyaslı etiraz aksiyasına çağırıb

Venesuela müxalifətinin lideri Xuan Quaydo bu gün keçirilən mitinq zamanı bütün sakinləri mayın 1-də küçələrə çıxmağa və ölkə tarixində ən geniş miqyaslı etiraz aksiyasında iştirak etməyə çağırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"Mayın birində biz "Azadlıq" əməliyyatının həlledici mərhələsini keçirəcəyik və tarixdə ən böyük mitinqi təşkil edəcəyik", - deyə siyasətçi sosial şəbəkədəki hesabında qeyd edib.

Quaydonun sözlərinə görə, tədbirin təşkil olunması ilə ölkə üzrə yaradılmış 3100-dən çox komitə məşğul olacaq. 

Daha əvvəl Venesuela müxalifətinin lideri prezident Nikolas Maduro administrasiyasını ölkə sakinlərinin kütləvi qırğınında ittiham edib. 

Son xəbərlər

Orphus sistemi