Yuxarı

Qırmızı Xaç: Hələbdən 50 min nəfər qaçqın düşüb

Hazırda humanitar təchizatın bəzi marşrutlarına çıxış bağlanıb, dinc əhali yanacaq və elektrik qıtlığından əziyyət çəkir

Bakı. 11 fevral. REPORT.AZ/ Suriyanın Hələb vilayətində hərbi gərginliyin artması 50 minə yaxın insanı öz evlərin tərk edərək qaçqın düşmək məcburiyyətində qoyub. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, Hələb vilayətində humanitar vəziyyət sürətlə pisləşir, eyniadlı şəhərində nasos stansiyaları məhv edildiyindən su təchizatı artıq iki həftədir yoxdur.

Bundan başqa, hazırda humanitar təchizatın bəzi marşrutlarına çıxış bağlanıb, dinc əhali yanacaq və elektrik qıtlığından əziyyət çəkir.

Hərbi əməliyyatlardan qaçan insanların çoxu Türkiyə sərhədində toplanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi