Qırğızıstanda COVID-19-a yoluxma hallarının sayı 1,2 mini ötdü

Qırğızıstanda COVID-19-a yoluxma hallarının sayı 1,2 mini ötdü Qırğızıstanda koronavirusa daha 78 nəfər yoluxub.
Digər ölkələr
18 May , 2020 08:57
Qırğızıstanda COVID-19-a yoluxma hallarının sayı 1,2 mini ötdü

Qırğızıstanda koronavirusa daha 78 nəfər yoluxub.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə ölkənin COVID-19-la Mübarizə üzrə Qərargahından bildirilib.

Qeyd edilir ki, virusa yoluxma hallarının sayı 1,2 min nəfəri ötüb.

"2020-ci il mayın 18-də respublika üzrə COVID-19-a 78 yeni yoluxma qeydə alınıb", - qərargahın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, virusa yeni yoluxanlar arasında 4 tibb işcisi də var. Ölkədə virusa yoluxmuş 23 pasiyent sağalıb.

Beləliklə, Qırğızıstanda COVID-19-a yoluxma hallarının ümumi sayı 1 216 təşkil edir. Virusa yoluxanlar arasında 255 tibb işçisi də var.

Ölkədə yeni virusa yoluxmuş 14 nəfər ölüb, 827 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi