Qırğız Respublikası rəsmi olaraq AİB-ə daxil oldu

Qırğız Respublikası rəsmi olaraq AİB-ə daxil oldu Mayın 20-də ölkə parlamenti müvafiq müqavilələrin ratifikasiyası haqqında qərar qəbul edib
Digər ölkələr
21 May , 2015 13:25
Qırğız Respublikası rəsmi olaraq AİB-ə daxil oldu

Bakı. 21 may. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev ölkəsinin Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması haqqında qanun imzalayıb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Mayın 20-də ölkə parlamenti müvafiq müqavilələrin ratifikasiyası haqqında qərar qəbul edib.

"AİB-ə daxil olmağımız mallarımızın ittifaqa üzv olan ölkələrin 200 milyonluq bazarına çıxışını təmin edəcək. Biz dinamik inkişaf etməyə başlayacayıq", - dövlət başçısı qeyd edib. 

Avropa İqtisadi Birliyin yaradılması haqqında müqavilə Rusiya, Belarus və Qazaxıstan prezidentləri tərəfindən 2014-cü ilin may ayında Astanada imzalanıb. Müqavilə 1 yanvar 2015-ci ildən qüvvəyə minib. Yanvar ayında ittifaqa Ermənistan da qoşulub. 

AİB-in məqsədi ümumi ticari, pul, vergi siyasətinin hazırlanması, yəni üzv ölkələrinin maksimal mümkün iqtisadi inteqrasiyadır. 

Son xəbərlər

Orphus sistemi