Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi müzakirə edilir

Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi müzakirə edilir ABŞ administrasiyası tərəfdaşları ilə Qəzza zolağında beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ideyasını müzakirə edir.
Digər ölkələr
6 Dekabr , 2023 23:50
Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi müzakirə edilir

ABŞ administrasiyası tərəfdaşları ilə Qəzza zolağında beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ideyasını müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

“Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı bölgədəki müttəfiqlərimiz və tərəfdaşlarımızla belə müzakirələr aparırıq.

Düşünürəm ki, hər hansı bir həll haqqında qəti fikir söyləmək hələ tezdir, lakin biz münaqişədən sonra Qəzzada vəziyyətin necə olacağına diqqət yetirmişik və bu, əlbəttə ki, Qəzzada yaşayan fələstinlilərin təhlükəsizliyini təmin etməkdən ibarətdir”, - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi