Qəzza zolağı İsrailin humanitar yardımından imtina edib

Qəzza zolağı İsrailin humanitar yardımından imtina edib Bakı. 16 may. REPORT.AZ/ İsrail Qəzza zolağına iki yük maşını ilə dərman və humanitar yardım göndərib.
Digər ölkələr
16 May , 2018 14:36
Qəzza zolağı İsrailin humanitar yardımından imtina edib
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ İsrail Qəzza zolağına iki yük maşını ilə dərman və humanitar yardım göndərib.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumatda deyilir ki, yerli hökumət orqanları bu yardımı qəbul etməkdən imtina edib və humanitar yardım İsrail tərəfinə geri qaytarılıb.

Xatırladaq ki, daha əvvəllər Qəzza zolağı sərhədi yaxınlığında israilli hərbçilərlə toqquşmalar zamanı ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən 60-dan çox fələstinli ölüb, təqribən, 3 min nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi