Bakı. 2 yanvar. REPORT.AZ/ İndoneziya sahillərinin yaxınlığında dənizə düşən "Air Asia" avişirkətinə məxsus təyyarənin 22 sərnişininin cəsədi artıq sudan çıxarılıb.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, cəsədlərlə birgə xilasedicilər təyyarənin arxa hissəsinin qırıntılarını da aşkar ediblər.
Lakin qeyri-sabit hava şəraiti səbəbindən xilasedicilər digər sərnişinlərin cəsədlərini və təyyarənin "qara qutu"larının axtarış əməliyyatlarını həyata keçirə bilmiəyiblər.