ABŞ-da ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

ABŞ-da ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-da ağır yol qəzası baş verib.
Digər ölkələr
5 Yanvar , 2019 03:31
ABŞ-da ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-da ağır yol qəzası baş verib.

"Report" İHA-a istinadən xəbər verir ki, hadisə Floridada qeydə alınıb.

"Disney World" əyləncə parkına gedən yolda 2 yük, 1 minik avtomobili və mikroavtobus toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb. Onlardan 5-i uşaqlardır. Qeyd edilir ki, uşaqlar mikroavtobusla "Disney World" əyləncə parkına gedirmiş.

Hadisə zamanı həmçinin 8 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, yük avtomobillərinin toqquşması həmçinin yanğına səbəb olub. Nəticədə 3 avtomobil tamamilə yanıb.

Daha əvvəl ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi