Yuxarı

ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb - FOTO

​ABŞ-da yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" "CBS Minnesota"ya istinadən xəbər verir ki, hadisə Aplton şəhərində baş verib.

Bildirilir ki, təyyarə bələdiyyə hava limanında sürət yığa bilməyib. Ardınca o, uçuş-eniş zolağından kənara sürüşüb və çevrilib.

Qəza zamanı təyyarədə yalnız pilot olub və nəticədə o xəsarət almayıb.

Daha əvvəl Küveytdə qırıcı təyyarəni ildırım vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi