Qətərin Baş naziri: “Yəmənə zərbələr gərginliyi artırır”

Qətərin Baş naziri: “Yəmənə zərbələr gərginliyi artırır” ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin obyektlərinə zərbələri bölgədə vəziyyətin daha da gərginləşməsi riskini artırır.
Digər ölkələr
16 Yanvar , 2024 15:21
Qətərin Baş naziri: “Yəmənə zərbələr gərginliyi artırır”

ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin obyektlərinə zərbələri bölgədə vəziyyətin daha da gərginləşməsi riskini artırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman əl Tani deyib.

Onun sözlərinə görə, husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları təhlükəli vəziyyət yaradır, çünki onların təkcə region üçün deyil, həm də qlobal ticarət üçün mənfi nəticələri var.

O, həmçinin qeyd edib ki, Qırmızı dənizdə daşımaların dayandırılması Qətərin Süveyş kanalı vasitəsilə Avropaya tədarük etdiyi mayeləşdirilmiş təbii qazın nəqlinə təsir göstərir: “İndi biz ABŞ və Britaniyanın husilərə qarşı addımlarını, onların beynəlxalq ticarəti pozan fəaliyyətlərini dayandırmaq cəhdlərini görürük. Lakin bu, həm də münaqişənin daha da genişlənməsi riskini artırır”.

Baş nazir qeyd edib ki, HƏMAS-İsrail münaqişəsinin həlli olmadan husilərin hücumlarının qarşısı alınmayacaq: “Biz diplomatiyanı istənilən hərbi həlldən üstün tuturuq. Biz əsas münaqişənin təhlilinə diqqət yetirməliyik”.

Son xəbərlər

Orphus sistemi