Bakı. 6 iyun. REPORT.AZ/ Qətər ekstremistlərin Cənubi İraqda ələ keçirdikləri kral ailəsinin 26 üzvü və 50 digər girovun həyatını xilas etmək üçün terrorçulara 1 milyard dollar ödəmək məcburiyyətində qalıb.
"Report" xəbər verir ki, bunu Amerikanın "Financial Times" nəşri yazıb.
Nəşr müəyyən edib ki, bu pulların bir hissəsi İranın xüsusi xidmət orqanlarına gedib.
Bundan əvvəl Dohanın ödəmələri ölkə hakimiyyətinin terrorçularla əməkdaşlıq etməsinə dair şübhələr yaradıb. Bu səbəbdən 8 ərəb ölkəsi Qətərlə diplomatik münasibətləri kəsib.