Qərbi Avropada ilk dəfə koronavirus əleyhinə peyvəndə başlanılır

Qərbi Avropada ilk dəfə koronavirus əleyhinə peyvəndə başlanılır Böyük Britaniya Qərbi Avropada ilk dəfə əhalinin koronavirus əleyhinə peyvənd edilməsinə başlayır.
Digər ölkələr
8 Dekabr , 2020 01:54
Qərbi Avropada ilk dəfə koronavirus əleyhinə peyvəndə başlanılır

Böyük Britaniya Qərbi Avropada ilk dəfə əhalinin koronavirus əleyhinə peyvənd edilməsinə başlayır.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Avropa üçün ilk koronavirus vaksini əməliyyatı çərçivəsində xəstəlikdən ölkənin fiziki cəhətdən ən zəif sakinləri - qocalar evlərinin pasiyentləri, tibbi və sosial işçilər, həmçinin yaşı 80-dən çox olan insanlar peyvənd ediləcəklər.

Britaniya dekabrın 2-də bütün kliniki sınaqların sonunda kütləvi tətbiq üçün “Pfizer/BioNTech” (ABŞ və Almaniya) şirkətinin istehsalı olan vaksini sertifikatlaşdıran ilk ölkə olub.

Amerikanın “Moderna” və Britaniyanın “AstraZeneca” (Oksford Universiteti ilə əməkdaşlıq şəraitində yaradılır) vaksinləri də həmçinin tənzimləyicinin müzakirəsindədir, ancaq onların təsdiqlənəcəyi müddət hələ məlum deyil.

Hakimiyyət vaksinlərin ölkə üzrə sürətlə yayılmasını söz verib və peyvənd olunmaqdan imtina etməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi