Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub

Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub Ötən ay Fransa, Belçika, Almaniya, Polşa, Avstriya və İsveçrədə indiyə qədər qeydə alınan ən isti sentyabr ayı olub.
Digər ölkələr
2 Oktyabr , 2023 02:42
Qərbi Avropa ölkələrində ötən ay anomal istilər olub

Ötən ay Fransa, Belçika, Almaniya, Polşa, Avstriya və İsveçrədə indiyə qədər qeydə alınan ən isti sentyabr ayı olub.

Bu barədə “Report” “İnterfax”a istinadən xəbər verir.

Belə ki, Fransanın Meteo-France xidmətinin məlumatına görə, sentyabrda orta temperatur 21,5 dərəcə isti olub ki, bu da normadan təxminən 3,5 dərəcə yüksəkdir. Bu göstərici 1900-cü ildə başlayan bütün müşahidələr tarixində ilk payız ayı üçün ən yüksək göstəricidir.

Almaniyanın DWD meteorologiya təşkilatı bildirib ki, sentyabr ayında orta temperatur iqlim normasından 4 dərəcə yüksək olub. Polşadakı sinoptiklər də öz növbəsində ölkədə 100 ildən artıq müşahidələr zamanı belə isti sentyabr ayının müşahidə etmədiklərini açıqlayıblar.

Belçika Kral Meteorologiya İnstitutu, Avstrya və İsveçrənin meteorologiya təşkilatları da ötən ay rekord isti qeydə aldıqlarını bildiriblər.

Qeyd olunub ki, bu həftəsonu İspaniyada 35 və Portuqaliyada isə 30 dərəcə isti olub.

Son xəbərlər

Orphus sistemi