Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq

Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq Astanada Qazaxıstan Milli Bankının "Qazaxıstanın müstəqilliyinin 25 il: milli valyuta" adlı konfransı keçirilir
Digər ölkələr
15 Noyabr , 2016 11:17
Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq

Bakı. 15 noyabr. REPORT.AZ/ Qazaxıstanda ölkənin ilk və yeganə prezidenti Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, banknotun buraxılması ölkədə dekabrın 1-də qeyd olunan ilk prezident gününə həsr olunub.

"Xəbər" telekanalının məlumatına görə, artıq əsginas Astanada keçirilən Qazaxıstan Milli Bankının "Qazaxıstanın müstəqilliyinin 25 il: milli valyuta" adlı konfransda nümayiş etdirilib.

Nursultan Nazarbayevin şəkli olan əsginas 10 min təngə dəyərindədir və suvenir məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi