Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb - VİDEO

Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb - VİDEO Avtobusdan çıxmağı bacaran 5 nəfərə tibbi yardım göstərilir
Digər ölkələr
161
18 Yanvar , 2018 11:01
Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb - VİDEO

Bakı. 18 yanvar. REPORT.AZ/ Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov "İkarus" markalı avtobusun yandığını bildirib.

Onun sözlərinə görə, avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub. Onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə yanaraq ölüb. 

Hazırda avtobusdan çıxmağı bacaran 5 nəfərə tibbi yardım göstərilir.

Aktyubinsk vilayətinin Fövqəladə Hallar Departamentində Əməliyyat Qərargahı yaradılıb.

İlkin məlumata görə, avtobusdakı sərnişinlərin hamısı Özbəkistan vətəndaşları olub. 

Son xəbərlər

Orphus sistemi