Qazaxıstanda prezidentliyə namizədlərin adları açıqlanıb

Qazaxıstanda prezidentliyə namizədlərin adları açıqlanıb Namizədlərdən birisi dövlət dili imtahanından keçməyib
Digər ölkələr
6 Mart , 2015 04:40
Qazaxıstanda prezidentliyə namizədlərin adları açıqlanıb

Bakı. 6 mart. REPORT.AZ/ Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi bildirib ki, Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə öz namizədliyini irəli sürmüş iddiaçıların sayı 9 nəfərə çatıb.

"Report"un xəbərinə görə, katib həmçinin qeyd edib ki, onlardan 8-i müstəqil namizədlərdir, bir nəfər isə Qazaxıstan Kommunist Xalq Partiyasının namizədidir. Bunlar Askar Sırqabayev (fərdi fəaliyyət göstərən sahibkar), Safiolla Aldajanov (müvəqqəti işsiz), Limana Koyşiyeva (“Ruxani koqam alemi” ictimai fondunun prezidenti), Baxıt Abdukarimov (“JH-Kurılıs” MMC-nin mühəndis-inşaatçısı), Suxrab Mırzaşov (“JH-Kurılıs” MMC-nin sürücüsü), Yesenbek Ukteşbayev (ictimai xadim), Yakobjan Cunisbekov (pensiyaçı), Kanat Juman (“Astana Munay Qrup 2007” MMC-nin benzindoldurma stansiyasının rəisi) və Turqun Sızdıkovdur (Dövlət, bank idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqının Akmolin vilayət filialının sədri).

Qazaxıstan Respublikası Prezidentliyinə namizəd Askar Sırqabayev dövlət dili imtahanından keçməyib.

Son xəbərlər

Orphus sistemi