Qanq çayında virusdan ölən onlarla insanın meyiti tapıldı

Qanq çayında virusdan ölən onlarla insanın meyiti tapıldı Hindistanın Buksar şəhərindən keçən Qanq çayında yeni növ koronavirus infeksiyasından ölən azı 30 insanın cansız bədəni aşkar edilib.
Digər ölkələr
11 May , 2021 03:22
Qanq çayında virusdan ölən onlarla insanın meyiti tapıldı

Hindistanın Buksar şəhərindən keçən Qanq çayında yeni növ koronavirus infeksiyasından ölən azı 30 insanın cansız bədəni aşkar edilib.

“Report”un məlumatına görə, bu barədə “The Times of India” qəzeti yayıb.

Yerli əhali bildirib ki, meyitlər qonşu ştatlardan çay vasitəsi ilə şəhərin sahillərinə gəlib. Bir çoxları isə hesab edir ki, ölənlərin qohumları meyiti yandırmağa vəsait tapmadığı üçün mərhumun cansız bədənini elə çaya atırlar.

Hadisə şəhər əhalisi arasında çaxnaşmaya səbəb olub, insanlar infeksiyanın yayılmasından qorxurlar.

Son xəbərlər

Orphus sistemi