Qanada quş qripi yayılıb

Qanada quş qripi yayılıb Qananın üç bölgəsində quş qripi yayılıb və nəticədə kənd təsərrüfatlarındakı 600 minədək quşa təhlükə yaradıb.
Digər ölkələr
17 İyul , 2021 20:43
Qanada quş qripi yayılıb

Qananın üç bölgəsində quş qripi yayılıb və nəticədə kənd təsərrüfatlarındakı 600 minədək quşa təhlükə yaradıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təchizatı Nazirliyinin Baytarlıq xidmətinin rəhbəri Patrik Abake məlumat verib.

O, epidemiya nəticəsində indiyədək 6 minə yaxın quşun tələf olduğunu, daha 4,5 min quşun da qabaqlayıcı tədbirlər çərçivəsində məhv edildiyini diqqətə çatdırıb.

Nazirlik rəsmisi həmçinin epidemiyanın yayıldığı bölgələr daxilində ev quşlarının daşınmasına qadağa qoyduqlarını, Nigeriya və Toqodan quş idxalını dayandırdıqlarını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi