Qanada Mahatma Qandini irqçilikdə ittiham edərək abidəsini söküblər

Qanada Mahatma Qandini irqçilikdə ittiham edərək abidəsini söküblər Bakı. 15 dekabr. REPORT.AZ/ Afrikalılar Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandini irqçilikdə ittiham edərək, onun Qana universitetində, Akkradakı abidəsini söküblər.
Digər ölkələr
433
15 Dekabr , 2018 06:51
Qanada Mahatma Qandini irqçilikdə ittiham edərək abidəsini söküblər

Bakı. 15 dekabr. REPORT.AZ/ Afrikalılar Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandini irqçilikdə ittiham edərək, onun Qana universitetində, Akkradakı abidəsini söküblər.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" qəzeti bildirib.

Qeyd edilir ki, abidənin sökülməsi uzun mübahisələrə səbəb olub. Afrikalılar Qandini qaradərililərə münasibətdə irqçi ifadələrdə və hindilərin zəncilərdən yüksək statusa malik olmasına əminlikdə ittiham ediblər.

"Bu, qanalıların böyük qələbəsi idi. Çüki abidə daim bizə lüzumsuzluğumuzu xatırladırdı", - deyə ali məktəb tələbələrindən biri abidənin sökülməsindən sonra deyib. 

Son xəbərlər

Orphus sistemi