Qambiyanın keçmiş prezidenti Yəhya Camme hakimiyyət uğrunda mübarizədən imtina edib

Qambiyanın keçmiş prezidenti Yəhya Camme hakimiyyət uğrunda mübarizədən imtina edib Yəhya Camme: "Qambiyada bir damla qan belə tökülməməlidir"
Digər ölkələr
21 Yanvar , 2017 09:54
Qambiyanın keçmiş prezidenti Yəhya Camme hakimiyyət uğrunda mübarizədən imtina edib

Bakı. 21 yanvar. REPORT.AZ/ 20 ildən çox müddətdə Qambiya prezidenti vəzifəsini yerinə yetirən Yahya Camme hakimiyyət uğrunda mübarizədən imtina etdiyini və postunu seçkilərdə qələbə qazanmış Adam Barrouya verdiyini bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu bəyanat Qambiyadakı siyasi böhranı həll etmək üçün vasitəçi kimi çıxış edən Qvineya və Mavritaniya prezidentlərinin Y.Camme ilə uzun sürən danışıqlarından sonra verilib.

Televiziya vasitəsilə çıxış edən Y.Camme qeyd edib ki, Qambiyada bir damla qan belə tökülməməlidir.

Xatırladaq ki, Y.Cammenin prezident seçkilərində məğlubiyyətdən sonra postundan getməkdən imtina etməsi qonşu Seneqalın Qambiyaya hərbi müdaxiləyə başlamasına gətirib çıxarmışdı Ancaq dünən səhər əməliyyat dayandırılıb və danışıqların davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi