Qambiyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib gəlib

Qambiyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib gəlib Qambiyanın hazırkı dövlət başçısı Adama Barrou şənbə günü Afrika ölkəsində keçirilən prezident seçkilərində qalib gəlib.
Digər ölkələr
6 Dekabr , 2021 02:30
Qambiyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib gəlib

Qambiyanın hazırkı dövlət başçısı Adama Barrou şənbə günü Afrika ölkəsində keçirilən prezident seçkilərində qalib gəlib.

“Report” xəbər verir ki, Qambiyanın Müstəqil Seçki Komissiyasının bununla bağlı məlumatını Reuters” agentliyi yayıb.

Agentliyin məlumatına görə, Barrou seçicilərin təxminən 53%-nin səsini toplayıb. Ölkənin keçmiş vitse-prezidenti və müxalif Birləşmiş Demokratik Partiyasının lideri, hazırkı dövlət başçısının əsas rəqibi Useyn Darbaud təxminən 28 % seçici səsi toplayıb.

Seçkilərdə qələbə uğrunda altı siyasətçi, o cümlədən ikinci müddətə yenidən seçilmək istəyən Barrou mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi