Qahirədə İslam Bankının qadın direktorunun meyiti tapılıb

Qahirədə İslam Bankının qadın direktorunun meyiti tapılıb Hadisə yerinə gələn polis əməkdaşları Nevin Lufinin üzərində çoxsaylı bıçaq yarası aşkarlayıb
Digər ölkələr
23 Noyabr , 2016 12:52
Qahirədə İslam Bankının qadın direktorunun meyiti tapılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin ətrafında Abu-Dabidəki İslam Bankının qadın baş direktoru Nevin Lufinin meyiti aşkarlanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları onun üzərində çoxsaylı bıçaq yarası aşkarlayıb.

Məlumata görə, N.Lufi ərəb ölkələrində bankın baş direktoru olmuş ilk qadındır. O, 1976-cı ildə Qahirədəki Amerika Universitetində iqtisadiyyat üzrə birinci dərəcəli təhsil aldıqdan sonra “Citibank”ın Misir paytaxtındakı şöbəsində maliyyə təhlilçisi vəzifəsində işləməyə başlayıb.

N.Lufi həmçinin ABŞ və Avropa ölkələrinin banklarında işləyib. O, inkişaf edən bazar, kapitalın idarə edilməsi və kredit riski məsələləri üzrə ixtisaslaşıbmış.

Son xəbərlər

Orphus sistemi