Qahirədə atışma zamanı iki polis əməkdaşı həlak olub

Qahirədə atışma zamanı iki polis əməkdaşı həlak olub Araşdırma aparılır, hücum edən şəxslər axtarılır
Digər ölkələr
9 yanvar 2016 10:24
Qahirədə atışma zamanı iki polis əməkdaşı həlak olub

Bakı. 9 yanvar. REPORT.AZ/ Misir paytaxtı Qahirə şəhərinin El-Giza rayonunda naməlum şəxslər tərəfindən atəşin açılması nəticəsində biri zabit olmaqla, iki polis əməkdaşı həlak olub. 

Bu barədə "Report" Misir KİV-inə istinadən xəbər verir. 

İlkin məlumata görə, hücum polislərin xidmətə yollandığı zaman baş verib. Naməlum şəxslər polislərə onların evlərinin yanında atəş açıblar. Araşdırma aparılır, hücum edən şəxslər axtarılır.

Orphus sistemi