Yuxarı
    Bağlamaq

    Pxenyan Sony-ə kiberhücumu ABŞ-la birgə araşdırmağa səsləyir

    Şimali Koreya insidentdə əli olduğu barədə ittihamları rədd edir

    Bakı. 20 dekabr. REPORT.AZ/ Şimali Koreya "Müsahibə" (The Interview) filminin nümayişinin ləğvinə səbəb olmuş Sony Pictures şirkətinə kiberhücumun ABŞ-la birgə araşdırılmasına səsləyib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, Şimali Koreya insidentdə əli olduğu barədə ittihamları rədd edərək Vaşinqtonu “əsassız iddialar yaymaqa” günahlandırır.

    Haker hücumu və onun ardınca baş verən hadisələrdən sonra Sony Pictures Şimali Koreya liderinə sui-qəsd barədə kinokomediyanı yayımlamaq niyyətindən vaz keçib.

    “Müsahibə” filmi kinoteatr ekranlarına Milad bayramı günündə çıxmalı idi. Lakin hazırda Sony filmin “başqa platformada” yayımlanmasının nəzərdən keçirildiyini bildirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi