Bakı. 1 oktyabr. REPORT.AZ/ " "İraq-Şam İslam Dövləti" (İŞİD) Rusiyanı çoxdan öz düşməni elan edib".
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya bütün dövlətlərin səylərinin İŞİD-lə mübarizədə birləşdirilməsini mümkün və məqsədəuyğun hesab edir.
"Rusiya əmindir ki, terrorçuluqla mübarizə ciddi olaraq beynəlxalq hüquqa uyğun şəkildə, yəni
O, həmçinin qeyd edib ki, bütün ölkələr Rusiyanın Suriyadakı hərəkət istiqamətləri barəsində məlumatlandırılıb.
Putin bildirib ki, birincisi Rusiya Suriya ordusunun məhz terror qruplaşmaları ilə qanuni mübarizəsini dəstəkləyəcək. İkincisi, onun sözlərinə görə, dəstək yerüstü əməliyyatlar olmadan havadan həyata keçiriləcək, üçüncüsü isə bu dəstək vaxt baxımından məhdud olacaq - Suriya ordusunun hücum əməliyyatları apardığı zaman göstəriləcək.