Bakı. 16 aprel. REPORT.AZ/ "Rubl möhkəmlənir, fond indeksləri artır. Biz inflyasiyanın artmasının qarşısını ala bildik". "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı ötən ilin yekunlarını şərh edərkən bildirib.
Prezidentin sözlərinə görə, ötən il Rusiyada ÜDM 0,6%, sənaye istehsalı isə 0,7% artıb.
Eyni zamanda, kiçik biznesə kapital qoyuluşunda azalma və işsizliyin isə 5,8% artması müşahidə olunub.
Putin qeyd edib ki, inflyasiyanın 11,4% həcmində artması əhalinin gəlirlərinin azalmasına səbəb olub.