Puerto-Rikoda qəza nəticəsində ölkədəki bütün elektrik stansiyaları sıradan çıxıb.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“El Nuevo Día” qəzeti yazır ki, qəza adanın cənubundakı Quayanilla bələdiyyəsində yerləşən elektrik stansiyasında baş verib.
Ölkənin əsas elektrik stansiyası olan "Luma Energy" yeraltı kabellərin zədələndiyini istisna etməyib.
Elektrik enerjisi istehsal edən "Genera PR" şirkətinin rəsmi nümayəndəsi İvan Baez bildirib ki, ölkənin bəzi ərazilərində enerji təchizatı bərpa olunmağa başlayıb. Amma "Luma Energy" bərpa prosesinin bir neçə gün çəkə biləcəyini proqnozlaşdırır.
Qeyd edək ki, qəzadan sonra ada ölkəsində 1,3 milyondan çox elektrik istehlakçısı işıqsız qalmışdı.
Puerto-Rikonun əhalisi 3,2 milyondan bir qədər çoxdur.