Prokuror Argentina Prezidentinə qarşı ittiham irəli sürüb

Prokuror Argentina Prezidentinə qarşı ittiham irəli sürüb Bakı. 6 sentyabr. REPORT.AZ/ Argentinada prokuror Xorxe Felipe di Lelyo Beynəlxalq Valyuta Fondu (BVF) ilə müqavilə imzalamasına görə ölkə Prezidenti Maurisio Makriyə və bir neçə nazirə qarşı vəzifə səlahiyyətlərini aşması üzrə ittiham irəli sürüb.
Digər ölkələr
6 Sentyabr , 2018 11:55
Prokuror Argentina Prezidentinə qarşı ittiham irəli sürüb
РИА Новости

Bakı. 6 sentyabr. REPORT.AZ/ Argentinada prokuror Xorxe Felipe di Lelyo Beynəlxalq Valyuta Fondu (BVF) ilə müqavilə imzalamasına görə ölkə Prezidenti Maurisio Makriyə və bir neçə nazirə qarşı vəzifə səlahiyyətlərini aşması üzrə ittiham irəli sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, prokuror ittihamı Argentinanın Milli Birlik Partiyasının (Unidad Popular) nümayəndəsi Klaudio Losano və "Observatorio del Derecho a la Ciudad" təşkilatının nümayəndəsi Xonatan Baldivyesonun şikayətinə baxdıqdan və göstərilən dəlillərin məntiqi və etibarlı olduğunu hesab etdikdən sonra irəli sürüb.

Şikayətin səbəbi isə iddiaçıların sözlərinə görə, Konqresin heç bir icazəsi olmadan BVF ilə müqavilənin imzalanmasıdır.

İndi hakim Xulian Erkolini BVF müqavilənin həyata keçirilməsini dayandıra biləcək təminedici tədbirlər barədə qərar verməlidir.

Xatırladaq ki, iyunun sonlarında BVF stand-by sxemi ilə Argentinaya 50 milyard dollar kredit ayrıldığını rəsmən təsdiqləyib. Bu qərar ölkəyə 15 milyard dolları (bunun da yarısı dövlət büdcəsinə dəstək üçün istifadə olunacaq - red.) dərhal almaq imkanı verir. Qalan məbləğ - 35 milyard dollar isə rüblük icmallar əsasında müqavilənin qüvvədə olduğu müddət ərzində əlçatan olacaq.

Son xəbərlər

Orphus sistemi