Bakı. 2 mart. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro ölkədə minimum əmək haqqını 58% artıracağına və bununla minimal əmək haqqının 2 dollar səviyyəsinə çatacağına söz verib.
"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat verib.
N.Maduro bildirib ki, martın 1-dən etibarən minimum əmək haqqı 248 min bolivardan 392,5 min bolivara qədər artırılacaq.
Qeyd edək ki, daha əvvəl Venesuela Milli Seçki Şurasının sədri Tibasay Lusena ölkədə prezident seçkilərinin may ayının ikinci yarısına planlaşdırıldığını söyləyib.