Maduro özünü Venesuelanın müstəqilliyinin zəmanəti adlandırıb

Maduro özünü Venesuelanın müstəqilliyinin zəmanəti adlandırıb Bakı. 28 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bildirib ki, o, ölkədə sülhün və müstəqilliyin zəmanətidir.
Digər ölkələr
28 Yanvar , 2019 02:41
Maduro özünü Venesuelanın müstəqilliyinin zəmanəti adlandırıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bildirib ki, o, ölkədə sülhün və müstəqilliyin zəmanətidir.

Bu barədə "Report" "Sputnik Mundo"ya istinadən xəbər verir.

Məlumata görə, o, bu bəyanatı Karabobo ştatında Fuerte-Paramakay hərbi bazasındakı çıxışı zamanı verib.

"Mən sülhün, müstəqilliyin, hərbi və mülki güclərin ittifaqının zəmanətiyəm", - deyə o bildirib.

Ölkə başçısı həmçinin əlavə edib ki, Venesuelada dövlət çevrilişi təşkil etməyə çalışıblar və bunu qiymətləndirməmək olmaz.

Daha əvvəl Venesuela lideri bildirib ki, onun amerikalı həmkarı Donald Tramp ABŞ-da "yalnız sərnişin"dir.

Son xəbərlər

Orphus sistemi