Maduro Trampı ABŞ-da "yalnız sərnişin" adlandırıb

Maduro Trampı ABŞ-da "yalnız sərnişin" adlandırıb Bakı. 26 yanvar. REPORT.AZ/ Venesuela lideri Nikolas Maduro bildirib ki, onun amerikalı həmkarı Donald Tramp ABŞ-da yalnız sərnişindir.
Digər ölkələr
26 Yanvar , 2019 03:47
Maduro Trampı ABŞ-da yalnız sərnişin adlandırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Venesuela lideri Nikolas Maduro bildirib ki, onun amerikalı həmkarı Donald Tramp ABŞ-da "yalnız sərnişin"dir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela lideri mətbuat konfransındakı çıxışında deyib.

"Donald Tramp ABŞ-da yalnız sərnişindir və biz ABŞ-dan bundan da çox şey gözləyirik. Əgər Tramp Obamanın ölkəmə qarşı siyasətini bitirsəydi, onda mən onu bağışlaya və dialoqa girə bilərdim. Amma mənə elə gəlir ki, bu, ağlabatan deyil", - deyə Maduro bildirib.

O, vurğulayıb ki, Venesuela ABŞ ilə diplomatiya və siyasətdən başqa müxtəlif sahələrdə münasibətləri davam etdirəcək.

"Mən ABŞ ilə münasibətləri dəstəkləməyə davam etdirməyə hazıram, axı ABŞ daha böyük bir şeydir. Düşünürəm ki, biz hər şeydə razıyıq. Neft hasil etməyə davam edəcəyik, onun hasilatının həcmini artırmaq niyyətindəyik. Biz onu böyük miqdarda Birləşmiş Ştatlara satmaq istəyirik", - deyə Venesuela lideri əlavə edib.

Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro ABŞ-la əlaqələri dayandırmaq qərarına sadiq olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi