Prezidentin qətlindən sonra ABŞ-ın Haitidəki səfirliyi bağlanıb

Prezidentin qətlindən sonra ABŞ-ın Haitidəki səfirliyi bağlanıb Haiti Prezidenti Jovenel Moizin qətlə yetirilməsindən sonra ABŞ-ın paytaxt Port-o-Prens şəhərindəki səfirliyi bağlanıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Digər ölkələr
7 İyul , 2021 18:19
Prezidentin qətlindən sonra ABŞ-ın Haitidəki səfirliyi bağlanıb
Jovenel Moiz

Haiti prezidenti Jovenel Moizin qətlə yetirilməsindən sonra ABŞ-ın paytaxt Port-o-Prens şəhərindəki səfirliyi müvəqqəti bağlanıb.

Report” bu barədə TASS-a istinadən xəbər verir.

“Təhlükəsizliklə bağlı hazırkı vəziyyəti nəzərə alaraq ABŞ səfirliyi ABŞ vətəndaşlarının işə qəbulunu məhdudlaşdırır. Konsulluq xidmətlərinin göstərilməsi də daxil olmaqla, bu gün səfirlik işləməyəcək. Xahiş edirik, xüsusi ehtiyac olmadan səfirliyin yerləşdiyi Tabarr rayonuna səfər etməyəsiniz”, - diplomatik missiyanın müraciətində deyilir.

Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib. Baş nazir vəzifəsini icra edən Klod Jozef təhlükəsizlik baxımından ölkədə vəziyyətin Haiti polisi və silahlı qüvvələrinin nəzarəti altında olduğunu bildirərək əhalini sakit olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi