Yuxarı

​Praqa Pekinlə "qardaşlıqdan" imtina edib

Tərəflər qarşılıqlı, ticarət, turizm və mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi imzalamalı idi

Bakı. 23 fevral. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqanın şəhər şurası Çinin paytaxtı Pekinlə "qardaş şəhər" olmaqdan imtina edib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

"Praqa vahid Çin siyasətini qəbul etmir və Tayvanı bu ölkənin ayrılmaz tərkib hissəsi saymır. Praqa Pekinlə qardaşlaşmış şəhər əməkdaşlığı razılaşmasını imzalmayacaq", - deyə, şəhər şurasının bəyanatında vurğulanıb.

Tərəflər qarşılıqlı, ticarət, turizm və mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi imzalamalı idi. Ancaq Praqa şəhər şurası bu müqaviləni imzalamqdan imtina edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi