Portuqaliyada peyvənd əleyhdarı olan ailə üzvləri ölüb

Portuqaliyada peyvənd əleyhdarı olan ailə üzvləri ölüb İngiltərənin Kardiff əyalətinin sakini Frensis Qonsalveş COVID-19 əleyhnə peyvənd olunmaqdan imtina edən anası, atasını və qardaşını itirib. Həmin şəxslər koronavirusdan ölüblər.
Digər ölkələr
10 Avqust , 2021 03:47
Portuqaliyada peyvənd əleyhdarı olan ailə üzvləri ölüb

İngiltərənin Kardiff əyalətinin sakini Frensis Qonsalveş COVID-19 əleyhnə peyvənd olunmaqdan imtina edən anasını, atasını və qardaşını itirib. Həmin şəxslər koronavirusdan ölüblər.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Frensisin atasının 73, anasının 65, qardaşının 40 yaşı varmış. Onların hamısı Portuqaliyada yaşayıblar. Qohumlar peyvənd edilmək istəməyiblər, buna görə də vaksinləmənin əleyhdarının yaydığı yalan məlumatın qurbanı olublar.

"Onlar (ailənin üzvləri-red) ətraflarında aparılan vaksinləməyə qarşı təbliğatın təsiri altına düşdülər. Bu, qorxan insanlara qarşı hesablanıb və onlar tələyə düşürlər", - Qonsalveş deyib.

O, əlavə edib ki, hakimiyyətin guya insanlara zərər vermək üçün vaksinləmə üzrə kampaniya təşkil etməsinə inanan insanları anlamır.

Frensis qeyd edib ki, anasının əvvəl də sağlamlığında ciddi problemlər olub, atası bu yaxınlarda böyrək daşına görə xəstəxanada yatıb. Frensis Qonsalveş ən çox qardaşının ölümündən şoka düşüb. Çünki o, ailənin ən sağlam üzvü imiş.

Son xəbərlər

Orphus sistemi