Portuqaliyada pandemiya qurbanlarının sayı 1 000-i ötdü

Portuqaliyada pandemiya qurbanlarının sayı 1 000-i ötdü Portuqaliyada koronavirusdan ölənlərin sayı 1 007 nəfərə çatıb.
Digər ölkələr
1 May , 2020 16:55
Portuqaliyada pandemiya qurbanlarının sayı 1 000-i ötdü

Portuqaliyada koronavirusdan ölənlərin sayı 1 007 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxma faktı 25 351 nəfərdə qeydə alınıb. Sağalanların sayı isə 1 647 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 327 000-i ötüb. Bunların 1 052 648 nəfəri sağalıb, 234 713 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi