Yuxarı

Portuqaliya Fələstini tanımağa hazır olduğunu bəyan edib

Fransa, Böyük Britaniya, İrlandiya və İspaniyada da Fələstinin tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Portuqaliya parlamenti ölkə hökumətinə müraciət edərək Fələstini müstəqil dövlət kimi tanımağa çağırıb.

"Report"un İnterfaks Agentliyinə istinadən verdiyi məlumata görə, bunanla bağlı qəbul edilmiş xüsusi qətnamədə qeyd olunur ki, Avropa İttifaqı ilə sıx əməkdaşlıqda Fələstini müstəqil və suveren dövlət vahidi kimi tanımaq vacibdir.

Bununla belə, Portuqaliyanın xarici işlər naziri Rui Maşete bəyan edib ki, rəsmi Lissabon Fələstin dövlətini tanımaq üçün münasib bir zaman seçəcək.

Bundan əvvəl Fransa, Böyük Britaniya, İrlandiya və İspaniyada Fələstinin tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilib. Oktyabr ayının sonunda isə İsveç Fələstini müstəqil dövlət olaraq tanıdığını bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi