​Polşada üç nazir və Seymin spikeri istefa verib

​Polşada üç nazir və Seymin spikeri istefa verib Məmurlar danışıqlarının dinlənməsinə görə istefaya gediblər
Digər ölkələr
10 İyun , 2015 22:51
​Polşada üç nazir və Seymin spikeri istefa verib

Bakı. 10 İyun. REPORT.AZ/ Polşanın səhiyyə, idman və dövlət xəzinədarlığı nazirləri, həmçinin ölkə Seyminin spikeri istefa verdiklərini bəyan ediblər.

"Report" "Gazeta Polska" nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Yeva Kopaç məlumat verib.

"Bu gün Bartoş Arlukovçiç (səhiyyə naziri), Anjey Bernat (idman naziri), Vlodimej Karpinskinin (dövlət xəzinədarlığı naziri) istefa ərizəsi mənim masamın üzərinə qoyulub", - deyə Kopaç bildirib.

O əlavə edib ki, Polşa Seyminin spikeri Radoslav Sikorski də istefaya getmək niyyətində olduğunu bildirib.

Bundan əlavə, bir neçə nazir müavini və baş nazirin müşavirlər qrupunun rəhbəri, respublikanın sabiq maliyyə naziri Yan Rostovski də öz vəzifəsindən imtina edib.

Qeyd olunur ki, nazirlər məmurların danışıqlarının dinlənməsi ilə bağlı yaranan qalmaqal ilə əlaqədar istefaya gediblər.

Son xəbərlər

Orphus sistemi