Polşada COVID-19 xəstələrini təyin etmək üçün itlərdən istifadə olunacaq

Polşada COVID-19 xəstələrini təyin etmək üçün itlərdən istifadə olunacaq İtlərin təliminə Vrotslav Universitetinin alimləri nəzarət edirlər
Digər ölkələr
9 Mart , 2021 18:16
Polşada COVID-19 xəstələrini təyin etmək üçün itlərdən istifadə olunacaq

Polşada koronavirus infeksiyası daşıyıcılarını müəyyənləşdirmək üçün xidməti itlərdən istifadə ediləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşa televiziyası məlumat verib.

“İlk dəfə Polşada axtarış itləri bələdçilər ilə birlikdə səkkiz həftəlik kursa başlayır. Məqsəd hava limanlarında COVID-19 xəstələrini müəyyənləşdirməkdir”, - məlumatda deyilir.

İtlərin təliminə Vrotslav Universitetinin alimləri nəzarət edirlər. Heyvanlara xəstə və sağlam insanlardan, həmçinin peyvənd olunmuş və koronavirusa yoluxub sağalanlardan alınan biomateriallardan istifadə edilərək təlim keçiriləcək.

Son xəbərlər

Orphus sistemi