Litva və Polşanın daxili işlər nazirləri “Vaqner" Özəl Hərbi Şurasının köçürülməsi ilə əlaqədar Belarusdan yarana biləcək mümkün təxribatlar və təhdidlərlə bağlı birgə hərəkətlər barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Daxili işlər nazirləri Belarusla sərhəddə mövcud təhlükəsizlik vəziyyəti və Baltikyanı ölkələr arasında davamlı əməkdaşlıq prinsiplərini müzakirə ediblər. Belarusun hazırkı və gələcəkdə mümkün təxribatlarına cavab tədbirləri razılaşdırılıb.
Tərəflər Belarusla bütün sərhəd-keçid məntəqələrinin bağlanması zərurəti yaranarsa, hansı mexanizmin tətbiq olunacağını da müzakirə ediblər.
Qeyd edək ki, hər iki dövlət Belarusla sərhəd-keçid məntəqələrinin bağlanması imkanını nəzərdən keçirir. Litvanın daxili işlər nazirinin müavini Arnold Abramaviçyus bildirib ki, onun ölkəsi Belarusla sərhəddə təxribat və təhdid riskini azaltmaq üçün altı sərhəd-keçid məntəqəsindən ikisini bağlamağı planlaşdırır.